18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin, Üçüncü Respublikanın 32 ili tamam olur.
18 oktyabr 1991-ci ildə Azərbaycan Parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub.
6 fəsildən ibarət sənədin preambulasında Azərbaycan Respublikasının 1918-1920-ci illər Xalq Cümhuriyyətinin varisi olduğu, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı.
“Müstəqillik Günü” haqqında Azərbaycan Respublikasının Qanununa (15 oktyabr 2021-ci il) əsasən, 18 oktyabr Müstəqilliyin Bərpası Günü elan edilib.