Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Xalq artisti Rza Xudiyev və aktyor, Prezident mükafatçısı Nəsimi Məmmədzadə 11-15 oktyabr tarixlərində İstanbulda Avrasiya Teatrlar Birliyi (ATB) tərəfindən keçirilən V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak ediblər.

Nəsimi Məmmədzadə ATB-nin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçisi, Naxçıvan teatrı isə adıçəkilən birliyə üzv seçilib. Xatırladaq ki, Avrasiya Teatrlar Birliyi 13 sentyabr 2019-cu ildə təsis olunub.

Qeyd edək ki, festivalda Azərbaycan, Şimali Kipr, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Ukrayna – ümumilikdə 28 ölkədən 200-ə yaxın teatr xadimi iştirak edib.