Xalq yazıçısı Qılman İlkinin Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki şəxsi fonduna yeni sənədlər daxil olub. Arxivindən verilən məlumata görə, sənədlər arasında yazıçının tərcümeyi-hal sənədləri, məktubları, teleqramları, əlyazmaları və Təbrizdə çəkdirdiyi fotoşəkillər yer alıb. Qılman İlkinin Almas İldırıma həsr etdiyi “Bir ovuc torpaq” hekayəsinin orijinalı da əlyazmalar sırasında diqqəti cəlb edir. Sənədlər arxivə yazıçının ailəsi tərəfindən təqdim olunub.