Hüseyn Cavidin anadan olmasının 141-ci ildönümü münasibətilə

 

Mütəfəkkir şair-dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 141-ci ildönümü ilə bağlı bu günlər teatrlar repertuarında Cavid irsinə xüsusi yer ayırır.

Sumqayıt Dövlət Dram Teatrı 25 oktyabrda Nizami Muradoğlunun qələmə aldığı, teatrın baş rejissoru Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Zülmətdə nur” mənzum dramını tamaşaçılara təqdim edib.

Tamaşada 37-ci ilin repressiya mənzərəsi, Hüseyn Cavidin və ailəsinin faciəsi kontekstində dövrün həqiqət carçıları Əhməd Cavadın, Mikayıl Müşfiqin və ailələrinin də müsibətləri səhnəyə gətirilir. Repressiya dəhşətləri, erməni məkrləri, milli ruhun boğulması mətn, rejissor yozumu və bədii tərtibatda vəhdət şəklində tamaşaçıya çatdırılır.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.