İngiltərənin “Write Out Loud” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində dahi şair Məhəmməd Füzulinin ingilis dilinə tərcümə edilmiş “Məni candan usandırdı” qəzəlini yayımlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, qəzəl görkəmli bəstəkar Cahangir Cahangirovun məşhur “Füzuli kantatası”Xalq artisti Şövkət Ələkbərovanın ifasında təqdim edilir.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Write Out Loud” portalı mütəmadi olaraq səhifələrində dünya ədəbiyyatından nümunələrə yer ayırır.