Bu ilin birinci yarısında Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə 8 minə yaxın sənəd daxil olub. Arxivin direktoru Maarif Teymur bildirib ki, hazırda burada 771 fond mövcuddur. Onlardan 56-sı idarə və təşkilatlara, yerdə qalanları isə tanınmış mədəniyyət, incəsənət, elm adamlarına aiddir.
   Bu il arxivdə şəxsi fondları yaradılan Mikayıl Rəfili, Ağa Laçınlı, Mədinə Gülgün, Balaş Azəroğlu kimi sənətkarlarımızla yanaşı, burada mövcud olan şəxsi fondların bir çoxuna yeni sənədlər, fotoşəkillər daxil olub. Burada saxlanılan qiymətli sənədlər böyük ədiblərimizlə bağlı çəkilən ekran əsərlərinin araya-ərsəyə gəlməsində də mühüm rol oynayır.