Azərbaycan

 

8 noyabr 1923 – Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 – 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.

8 noyabr 1930 – Bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Bayram oğlu Cavanşirov (1930 – 20.5.2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun “Bənövşə” uşaq xorunun yaradıcısı (1958) və bədii rəhbəri olub. Simfoniyalar, uşaq xoru üçün əsərlər yazıb.

8 noyabr 1939 – Kino xadimi, səs rejissoru və operatoru Ələkbər Əliheydər oğlu Həsənzadə (1939 – 1.7.2019) Bakıda doğulub. “Azərbaycanfilm”, “Lenfilm” kinostudiyalarında çalışıb, Rusiyanın Əməkdar incəsənət xadimi olub.

8 noyabr 1942 – Əməkdar memar, respublika Dövlət mükafatı laureatı Əlibəy Nəzərəli oğlu Novruzi (1942 – 4.3.2021) Bakıda anadan olub.

8 noyabr 1944 – Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.

8 noyabr 1996 – Bakıda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

8 noyabr 2018 – Xalq artisti, görkəmli aktrisa Amaliya Əliş qızı Pənahova (15.6.1945 – 2018) vəfat edib. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Filmlərdə yaddaqalan rollar oynayıb.

 

9 noyabr 1926 – Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 – 14.2.2015) Bakıda doğulub. Rəngkarlıqla yanaşı, qrafika ustası kimi də tanınıb, bədii əsərlərə illüstrasiyalar çəkib. Əsərləri Milli İncəsənət, Ədəbiyyat muzeylərində nümayiş etdirilir. Dövlət Rəssamlıq Akademiyasının professoru olub.

9 noyabr 1973 – Xalq artisti, tanınmış aktyor Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 15.5.1899 – 1973) vəfat edib. Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

9 noyabr 1994 – Xalq yazıçısı, Dövlət mükafatı laureatı Bayram Salman oğlu Bayramov (11.12.1918 – 1994) vəfat edib. “Mən ki gözəl deyildim”, “Firəngiz”, “Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

 

10 noyabr 1927 – Tanınmış rəssam, dekorativ-tətbiqi sənət ustası Sabir Məmməd oğlu Şıxlı (1927-2004) Şamaxı şəhərində anadan olub. “Azərbaycanfilm” kinostudiyasında dekorator-rəssam (“Böyük dayaq”, “Səhər” və s. filmlər) işləyib.

10 noyabr 1984 – Şair, nasir, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə (17.3.1905 – 1984) vəfat edib. Uşaqlar üçün əsərlərin müəllifidir. Rus və dünya ədəbiyyatından tərcümələr edib.

10 noyabr 1997 – Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında” fərman imzalayıb. Fərmana əsasən, qocaman ədəbiyyat və incəsənət xadimlərinə xüsusi təqaüd təyin edilib.

10 noyabr 2008 – Parisdə, UNESCO-nun mənzil-qərargahında görkəmli yazıçı, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib.

 

11 noyabr 1907 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə (1907 – 31.8.1976) Aşqabadda (Türkmənistan) doğulub. Əslən Bakının Əmircan kəndindəndir. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, pyeslər yazıb. Rus ədəbiyyatından tərcümələr edib.

 

11 noyabr 1921 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 1921 – 24.4.2011) Bakıda anadan olub. 1938-ci ildə Cənubi Azərbaycana köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb. 40-a yaxın kitabın müəllifidir.

11 noyabr 1934 – Xalq artisti, görkəmli xanəndə İslam Tapdıq oğlu Rzayev (1934 – 26.1.2008) Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, “Muğam Teatrı”nın yaradıcısı (1988) və bədii rəhbəri olub, çoxsaylı gənc ifaçılar yetişdirib.

11 noyabr 1951 – Xalq artisti, aktyor, rejissor İsmayıl Hüseyn oğlu Hidayətzadə (19.8.1901 – 1951) vəfat edib. İlk milli baletin – “Qız qalası”nın librettosunu yazıb. Filmlərdə çəkilib.

 

12 noyabr 1942 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (1942 – 10.3.2021) Bakının Buzovna kəndində anadan olub. Hindistana yaradıcılıq ezamiyyəti (1987) ilə bağlı silsilə əsərlər çəkib. Əsərləri xaricdə nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

12 noyabr 1926 – Əməkdar memar Fərman Həsənqulu oğlu İmamquliyev (23.2.1926 – 1996) vəfat edib. Gəncə şəhərindəki Nizami məqbərəsinin layihə müəllifidir.

 

13 noyabr 1939 – Xalq artisti Solmaz Cəbrayıl qızı Qurbanova (1939-2013) Bakıda doğulub. 1955-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

13 noyabr 1983 – Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1.4.1905 – 1983) vəfat edib. Çəkdiyi filmlər: “Qara daşlar”, “Kölgələr sürünür” (bədii), “Bakıdan Göygölədək” (1947, ilk Azərbaycan rəngli sənədli filmi).

13 noyabr 2021 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (16.7.1934 – 2021) vəfat edib. Bakı şəhərinin baş memarı işləyib.

13 noyabr 2022 – Əməkdar mədəniyyət işçisi, aşıq Əlixan Abbasqulu oğlu Niftəliyev (25.6.1943 – 2022) vəfat edib.

 

Dünya

 

8 noyabr 1837 – Gürcü yazıçısı, publisist, şair İlya Qriqoryeviç Çavçavadze (1837 – 12.9.1907) аnаdаn оlub. “Erməni alimləri və fəryad edən daşlar” adlı əsərində ermənilərin qonşu xalqların tarixinə qarşı saxtakarlığını ifşa edib.

8 noyabr 1900 – Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell; 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.

 

9 noyabr 1818 – Rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 – 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu və s.

9 noyabr 1929 – Yəhudi əsilli macar yazıçısı, Nobel mükafatı laureatı (2002) İmre Kertes (1929 – 31.3.2016) anadan olub. II Dünya müharibəsində Osvensim və Buhenvald həbs düşərgələrində məhbus olub.

 

10 noyabr 1759 – Alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi Yohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller; 1759 – 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.

10 noyabr 1928 – İtalyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone; 1928 – 6.7.2020) anadan olub.

 

11 noyabr 1821 – Rus yazıçısı, mütəfəkkir, publisist Fyodor Mixayloviç Dostoyevski (1821 – 9.2.1881) anadan olub. “Alçaldılmış və təhqir olunmuşlar”, “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə”, “Karamazov qardaşları” və s. romanların müəllifidir.

11 noyabr 1944 – Məşhur türk kinoaktyoru Kamal Sunal (1944 – 3.7.2000) anadan olub. 100-ə yaxın filmdə əksəriyyəti komik rollar olan xarakterik obrazlar yaradıb.

 

12 noyabr 1840 – Fransız heykəltaraşı Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.

12 noyabr 1935 – Rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 – 30.3.2011) anadan olub.

 

13 noyabr 1745 – Fransalı pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy; 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.

13 noyabr 1850 – İngilis (şotland əsilli) yazıçısı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson; 1850 – 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.

Hazırladı: V.Orxan