Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illiyinə həsr olunmuş “Əsri ahəngləşdirərkən” adlı konsert proqramı təqdim olunub.

ADMİU-dan bildirilib ki, konsert Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrası tərəfindən təşkil edilib.

Konsertdən əvvəl kafedranın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnar Verdiyeva universitetin kollektivini 100 illik yubiley münasibətilə təbrik edib.

Konsert proqramı ADMİU-nun “Xəzər” tələbə xor kollektivinin (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Gecənin davamında müəllim və tələbələrin ifasında səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri tamaşaçıların zövqünü oxşayıb.