Noyabrın 22-23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xalq artisti, professor Azər Dadaşovun fortepiano əsərlərindən ibarət gənc ifaçıların VI Beynəlxalq müsabiqəsi keçiriləcək.

İttifaqdan bildirilib ki, müsabiqənin proqramına bəstəkar Azər Dadaşovun Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fortepiano və orkestr üçün poema”sı daxildir.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkmənistan və İranın ali musiqi tədris müəssisələrini bitirmiş gənc ifaçılar iştirak edəcək.

Mükafatçılar ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə münsiflər heyəti tərəfindən seçiləcək.

Qeyd edək ki, “Heydər Əliyev İli” ilə bağlı indiyədək ABİ tərəfindən silsilə tədbirlər, o cümlədən konsertlər, konfranslar, yeni kitabların təqdimatları keçirilib.