İsveç hökuməti Dünya Mədəniyyəti Muzeyindəki Nigeriya və Boliviyanın mədəni irs nüminələrinin geri qaytarılmasına qərar verib. Söhbət 1898-ci ildən 1908-ci ilə qədər Stokholmdakı Milli Təbiət Tarixi Muzeyinin etnoqrafiya şöbəsinə daxil olan 39 Benin bürünc məmulatından gedir.
2021-ci ildə Dünya Mədəniyyəti Muzeyi bürünc əşyaların mənşəyi ilə bağlı araşdırmaya başlayıb və nəticədə onların 1897-ci ildə indiki Nigeriya ərazisində yerləşən Benin-Sitinin ingilislər tərəfindən talan edilməsi ilə əlaqədar ola biləcəyi təsbit edilib.
Nigeriyanın bürünc əşyalarının geri qaytarılması üçün əsaslı etik səbəblər də mövcuddur. Bu, həmin obyektlərin dini və mədəni əhəmiyyəti məsələsinə də aiddir. “Muzey sahəsində hökumətin qeyri-etik təcrübələrə qarşı mübarizə missiyası var. Talan yolu ilə əldə edildiyi məlum olan əşyaları saxlasaq, muzeylərin nüfuzu buna görə çox sarsıla bilər”, – deyə muzeyin Afrika şöbəsinin müdiri Maykl Barrett bildirib.
Nigeriya hələ XIX əsrin sonlarından əşyaların geri qaytarılmasını tələb edib və son illərdə İngiltərə və Almaniya da daxil olmaqla, bir neçə ölkə bu tələbi yerinə yetirib.
İsveç muzeyindəki Ninyo Korinin kolleksiyası isə Boliviyaya qaytarıla bilər.