M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində II Braziliya klassik musiqi festivalı çərçivəsində konsert keçirilib.
Əvvəlcə Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Monteneqro çıxış edib.
Daha sonra bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Braziliya bəstəkarlarının əsərləri ifa olunub.