Adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdıran görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, akademik Arif Məlikovun (1933-2019) 90 illiyi münasibətilə silsilə tədbirlər davam edir.
Sənətkarın yubileyi ilə bağlı daha bir tədbir Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində gerçəkləşib. Mühazirə-konsertdə görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığından bəhs edilib. Bildirilib ki, Arif Məlikov bənzərsiz yaradıcılığı ilə Azərbaycanla yanaşı, yaxın-uzaq ölkələrdə də geniş şöhrət qazanıb.
Daha sonra konsert proqramı təqdim olunub. Məktəbin şagirdləri bəstəkarın bir sıra əsərlərini səsləndiriblər.