9 dekabr görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin (1914 – 1973) anım günü və vəfatının 50-ci ildönümüdür.
Gülüş ustası kimi tanınan sənətkar 1938-ci ildə Musiqili Komediya Teatrında səhnə fəaliyyətinə başlayıb. Teatr fəaliyyətini dayandırdığı müddətdə Dövlət Dram Teatrında çalışıb, burada bir sıra maraqlı obrazlar yaradıb. 1956-cı ildə işi bərpa olunan Musiqili Komediya Teatrına qayıdan aktyor əksər tamaşalarda çıxış edib.
L.Abdullayev kino aktyoru kimi də böyük şöhrət qazanıb. “Arşın mal alan”, “Əhməd haradadır?”, “Ulduz”, “Qəribə əhvalat” və digər filmlərdə yaratdığı maraqlı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2014-cü ildə L.Abdullayevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.