Bakı Kamera Orkestrinin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konserti keçirilib.
Konsertdə baş dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, orkestrin müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Səbinə Quliyeva (violin) və Səbuhi Axundov (viola) çıxış ediblər.
Proqramda J.Haydnın 1 saylı (D dur) və 45 saylı “Vida” simfoniyaları, V.A.Motsartın “Violin və viola üçün konsert” simfoniyası səsləndirilib.
Qeyd edək ki, 2011-ci ildə yaradılan Bakı Kamera Orkestrinin bədii rəhbəri Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru isə Əməkdar artist Fuad İbrahimovdur.