“Sənət” uşaq musiqi və incəsənət mərkəzində beynəlxalq müsabiqələr laureatı, bəstəkar, pianoçu və cazmen Etibar Əsədlinin “Muğam layihəsi” adlı konserti keçirilib.

Musiqi axşamında ifaçının yeni “Muğam” adlı albomundan caz ritmləri ilə ənənəvi Azərbaycan kompozisiyalarından ibarət bəstələr təqdim olunub. Yeni alboma daxil olan kompozisiyalar muğam və cazın sintezinin bütün gözəlliklərini və etnik mənsubiyyətini ortaya qoyur. Musiqiçinin təqdim etdiyi proqramda Şərqlə Qərbin harmoniyası, musiqidə dünya mədəniyyətlərinin vəhdəti əks olunur.

Etibar Əsədlinin triosu (Ranto Rakotomalala (Madaqaskar, bas-gitara) və Tom Peyron (Fransa, nağara) caz-muğam sintezi ilə həmin gün qəlbləri fəth edə bilib. Konsertin xüsusi qonağı Əməkdar artist, tanınmış tarzən Şəhriyar İmanov olub. Sənətçilərin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Lalə