İyun ayı ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkəti və mehmanxanalara lisenziya verilib. Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli qərarına uyğun olaraq ötən ay Zaqatalada yerləşən «Zaqatala» mehmanxanasına, Quba-Qəçrəş yolunda yerləşən «Quba» istirahət mərkəzinə, Şamaxı rayonundakı «Dədə Qorqud» turizm, istirahət-əyləncə mərkəzinə, Goranboy şəhərindəki «Qala» mehmanxanasına fəaliyyət üçün lisenziya verilib. Həmçinin «Mikado» MMC turizm şirkəti (Bakı şəhəri) turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.

  Fəxriyyə