Dekabrın 13-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 6-12 yaş qrupu üzrə oxucuların iştirakı ilə ustad dərslərinə başlanılıb.
Ustad dərslərinin məqsədi uşaqların dərsdən sonra asudə vaxtlarını səmərəli təşkil etmək və onların istedad və bacarıqlarını üzə çıxartmaqdır.
Dərslərin ilki kitabxananın “nağıl otağı”nda keçirilib. Kiçikyaşlı oxucular Yeni il öncəsi yolkaları bəzəmək üçün oyuncaqlar düzəldiblər. Bunun üçün məktəblilər tətbiqi sənət dərslərində istifadə edilən, kitabxananın fondunda olan kitablardan istifadə ediblər.
Tətbiqi sənətlə bağlı qarşıdakı dərslərdə oxucular müxtəlif oyuncaqlar və əşyalar düzəltməyi öyrənəcəklər.