İyulun 25-də Azərbaycanın turizm şirkətləri üçün kruiz səfərlərinin təşkilinə həsr edilmiş seminar-treninq keçiriləcək. Tədbir «Millennium Tourism & Congress DMC» turizm şirkətinin təşkilatçılığı ilə «Milana» restoranında baş tutacaq.
Tədbirdə dəniz turlarının təşkili və həyata keçirilməsi ilə məşğul olan şirkətlərin təqdimatı olacaq. Təqdimatda «Royal Caribbean International», «Celebrity Cruises», «Azamara Club Cruises», «Pullmantur», «Costa Cruises» və «Norwegian Cruise Line» turizm şirkətləri barədə geniş məlumat veriləcək.
Təqdimatda eyni zamanda Azərbaycan turoperatorları dəniz kruizləri haqqında ətraflı məlumat alacaqlar. İştirakçılar üçün həmçinin özündə dəniz gəzintiləri barədə məlumatları əks etdirən «Sruising for excellence» proqramı üzrə treninqlər keçiriləcək.
Fəxriyyə