İtaliyanın Albenqa şəhərində məşhur musiqiçi Memorial Maria Silvia Folconun xatirəsinə həsr olunmuş “Città di Albenga” 36-cı Beynəlxalq Piano Müsabiqəsi keçirilib. Müsabiqədə dünyanın bir çox ölkələrindən onlarla ifaçı iştirak edib.

Gənc pianoçu, T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin məzunu və hazırda Avstriyanın A.Brukner adına Konservatoriyasının İfaçılıq və Musiqi pedaqogikası fakültələrinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Qran-pri mükafatçısı Ayan Məmmədli də festivala qatılıb.

Ferens List, Aleksandr Skryabin və Bela Bartokun əsərlərini yüksək peşəkarlıqla səsləndirən musiqiçi müsabiqədə II yerə layiq görülüb.