Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Neoklassika dünyası” adlı konsert keçirilib.
“RED EVENTS & Distribution ltd” kreativ agentliyinin təşkil etdiyi musiqi axşamında istedadlı pianoçu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, R. Behbudov adına 2 saylı musiqi məktəbinin müəllimi Nigar Əsədullayevanın ifasında “Neoklassika dünyası” adlı proqram təqdim olunub. O, Lüdoviko Eynaudi, Hans Simmer, Maks Rixter və Olafur Arnalds kimi neoklassika ustadlarının fortepiano əsərlərini ifa edib.
Proqramda “May it Be”, “Only Time”, “Karib dənizinin quldurları” filmindən saundtreklər, məşhur “Una matına”, “Songs for Tony” və hazırda neoklassika sırasına daxil olan digər kompozisiyalar yer alıb.