Dünya hotel biznesi yeni sahələri fəth edir: indi Maldiv adalarında suyun altında dincəlmək mümkün olacaq. “Conrad Maldives Rangali Island” hoteli turistləri təəccübləndirməyə davam edir. Burada istirahət edənlər üçün tezliklə yeni məkanlar açılacaq.
   Zahiri görünüşü “Stra trek” serialındakı “Enterprayz” adlı kosmik gəmiyə bənzəyən hotelin suyun altında yerləşən hissəsi 30 metr dərinlikdə olacaq. Burada təxminən 20 nömrə və bar yerləşəcək. Arzu edənlər sualtı qayıqdan və dayvinq-mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.
   Mənzərəsi suya açılan nömrədə qalmağa üstünlük verənlər üçün təxminən yeddi metr yüksəklikdə yuxarı göyərtə inşa ediləcək. Hoteldə nömrələrlə bərabər, panoram-restoran, içərisində dəniz suyu olan hovuz və tropik bağ olacaq.
   Hazırda “Conrad Maldives Rangali Island” hoteli ərazisində beş metr dərinlikdə inşa edilmiş “Ithaa” restoranı işləyir. Burada hotelin mətbəxinin təklif etdiyi dadlı yeməklərlə bərabər, sualtı dünyaya açılan gözəl mənzərədən də zövq almaq mümkündür. 

   Fəxriyyə