İlk tədbir Aşıq Ələsgərə həsr olunacaq

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Musiqi kimliyimiz” adlı layihə həyata keçiriləcək.

Filarmoniyadan verilən məlumata görə, layihə çərçivəsində çoxəsrlik keçmişə malik aşıq sənətinə, dastanlara həsr olunmuş gecələr təşkil ediləcək. Məqsəd milli-mədəni dəyərlərimizi gənc nəslə çatdırmaqdan ibarətdir.

Layihə üzrə ilk ədəbi-bədii gecə martın 2-də saat 19:00-da Azərbaycan Aşıqlar Birliyi ilə birgə təşkil ediləcək. Tədbir Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, saz-söz ustadı Aşıq Ələsgərin xatirəsinə həsr olunacaq.