Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, S.İmanov Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri”, Küveytli yazıçı Adil Al-Fallhin yazdığı “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Azərbaycan xalçaları”, “Erməni terroru” kitablarını hər birindən 20 nüsxə olmaqla kitabxanaya təqdim edib. Təqdimat mərasimində Dubay hökumətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Əhməd Əl-Zahiri də iştirak edib. “Azərbaycan” Cəmiyyətinin sədri Dubay əmirliyinin dövlət rəsmilərinə Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz barədə məlumat verib. Dubay hökumətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri kitabların Dubayın digər kitabxanalarına da paylanacağını qeyd edib. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar