Gəncə Dövlət Filarmoniyasının təşəbbüsü ilə Bakıda konsert

 

Bakı Musiqi Akademiyası nəzdindəki Opera studiyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının korifey müğənni Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konserti keçirilib.

Konsertdə Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd, Samir Piriyev, həmçinin estrada ansamblının müşayiəti ilə Gəncə Dövlət Filarmoniyasının solistləri – Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Vasif Bayramov, Rüstəm Cəfərov və Əli Məmmədov sənətkarın repertuarına müraciət ediblər. Proqramda vaxtilə Rəşid Behbudovun oxuduğu “Gəncə”, “Zibeydə”, “Lalələr”, “Gözəlim sənsən”, “Sevgilim”, “Əziz dost”, “Ey Vətən” və s. mahnılar ifa olunub.

Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov musiqi heyətinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu cür müştərək konsertlər müxtəlif salonlarda da keçiriləcək.