Son 10 ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 3,1 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəyə turizm məqsədilə gələn vətəndaşların sayı isə 4,6 dəfə artıb. Bu dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,4 dəfə çoxalıb. 2012-ci ildə Azərbaycana 2484,1 min nəfər əcnəbi gəlib. Onların 1985,9 min nəfəri Azərbaycana turizm məqsədilə səfər edib. Son 10 il ərzində xarici ölkələrə turizm məqsədilə gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə artıb. 2012-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3874,4 min nəfər olub. Onların 2828,9 min nəfəri turizm məqsədilə səfər edib. 
   
   Fəxriyyə Abdullayeva