Hər il olduğu kimi, bu il də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi arasında mövcud olan əməkdaşlığa əsasən qardaş ölkənin turizm mütəxəssisləri ölkəmizdə fəaliyyət göstərən mehmanxana əməkdaşları üçün təlim-tədris kursları keçəcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən qəzetimizə daxil olan məlumata görə, turistlərə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə təşkil edilən kurslar oktyabrın 22-dən başlayacaq.
Kurslar «mehmanxana idarəçiliyi», «qeyd-qəbul», «xadiməçilik», «masa xidmətləri» ixtisasları üzrə Azərbaycan Turizm İnstitutunda keçiriləcək.
Oktyabrın 31-dək davam edəcək təlim-tədris məşğələlərini Türkiyədən gəlmiş peşəkar mehmanxana mütəxəssisləri aparacaqlar. Kurslar ölkəmizdə fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Fəxriyyə