«Shahdag Resort & SPA» hoteli işçi qəbulu elan edib. Məlumatda bildirilir ki, «Şahdağ» Qış-Yay Turizm Kompleksinin ərazisində yerləşən hotelə qonaqpərvərlik və restoran biznesində təcrübəsi olan əməkdaşlar tələb olunur. İşləmək istəyənlər öz CV-lərini careers@pasha-hotels.com internet ünvanına göndərə bilərlər.
Məlumatda o da qeyd olunur ki, oktyabrın 12-dən etibarən bununla bağlı «JW Marriott Absheron» hotelinin “Hovsan” zalında açıq qapı elan olunub. Qeyd edək ki, «Shahdag Resort & SPA» hotelinin qış turizm mövsümü öncəsi istifadəyə veriləcəyi nəzərdə tutulur.

  Fəxriyyə Abdullayeva