Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə «Ekoturizm - təbiətə qayğı və istirahət» layihəsi həyata keçirilir. Layihənin rəhbəri Ceyla Vəliyevanın bildirdiyinə görə, məqsəd ölkəmizdə ekoturizmin inkişafına dəstək olmaq, turizmin bu növü ilə bağlı yerli əhalini və ictimaiyyəti məlumatlandırmaqdır: “2001-ci ildən Dünya Turizm Təşkilatının üzvü olan Azərbaycanın bu təşkilat qarşısında götürdüyü öhdəliklərdən biri də ekoturizmin inkişafı və təbiətin qorunmasıdır. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi ekoturizmin inkişafı ilə bağlı müxtəlif turizm müəssisələrinə müraciət edib. Biz də bu layihə ilə turizmin bu növünün inkişafına dəstək vermək niyyətindəyik”.

Fəxriyyə Abdullayeva