Hazırda Azərbaycanda 32 turizm şirkəti xarici turistlərə elektron vizaları sənədləşdirmək hüququna malikdir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, «Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında» ölkə Prezidentinin 20 noyabr 2012-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə 2013-cü ilin 15 mart tarixindən turistlər üçün elektron viza sisteminin tətbiqinə başlanılıb.
Sistem bütün viza prosedurlarının elektron formata yönəldilməsi məqsədilə tərtib edilib. Beləliklə, turistlər bütün lazımi informasiyanı turizm şirkətlərinə və ya onların xarici ortaqlarına təqdim etməlidirlər. Bundan sonra milli şirkətlər müvafiq sənədləri hazırlayaraq Xarici İşlər Nazirliyinə (XİN) müraciət edirlər. Elektron vizalar XİN tərəfindən (təxminən 15 gün ərzində) təsdiq edildikdən sonra elektron formatda turistə göndərilir.

Fəxriyyə