Cəfər Cabbarlının sovet dövründə çap olunmayan əsərləri işıq üzü görüb
   
   Sentyabrın 28-də Yazıçılar Birliyinin Natəvan klubunda Cəfər Cabbarlının “Turan ellərinə salam” kitabının təqdimatı keçirildi. 
   Mərasimi Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı açaraq “Turan ellərinə salam” kitabının C. Cabbarlının ev-muzeyi və “Kitab evi” ictimai birliyinin birgə layihəsi əsasında nəşr olunduğunu bildirdi.
   Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca Cəfər Cabbarlının özünəməxsus və zəngin yaradıcılığından söz açdı.
    Kitabın ön söz müəllifi - filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli maraqlı bir faktı iştirakçıların nəzərinə çatdırdı. Bildirdi ki, Cəfər Cabbarlı sovet dönəmində Azərbaycanın istiqlaliyyəti, müstəqilliyi uğrunda mübarizəsinə görə iki dəfə həbs olunub. Bu fakt tədqiqatçıların nəzərindən qaçsa da, müstəqillik dövründə C.Cabbarlının arxivi yenidən tədqiq olunarkən bu fakt üzə çıxıb. Eyni zamanda ədibin sovet dövründə çap olunmayan bir çox əsərləri ilk dəfə “Turan ellərinə salam” kitabında işıq üzü görüb. Bu əsərlər C.Cabbarlı yaradıcılığını daha da bütövləşdirib.
   Kitabın təqdimatında filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatında, eləcə də milli teatr sənətinin təşəkkülündə və inkişafında xüsusi xidmətləri olan dramaturqun həyat və yaradıcılığından danışdılar.
   Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin təqdimatında Cəfər Cabbarlı yaradıcılığından nümunələr də maraqla qarşılandı.
   Xatırladaq ki, “Turan ellərinə salam” kitabında Cəfər Cabbarlının dramları, hekayələri, felyetonları, poeması və lirik şeirləri yer alıb.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar