Noyabrın 18-19-da Lənkərandakı Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Lənkəran Turizm İnformasiya Mərkəzi və şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı, İcra Hakimiyyətinin dəstəyi ilə turizm sərgisi keçirlib.
Şəhər Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi İlqar Əzimovun qəzetimizə verdiyi xəbərə görə, sərgidə cənub bölgəsinin turizm potensialı, el sənətkarlığı və folklor nümunələri nümayiş olunub. Tədbirdə Lənkəranla yanaşı, Astara, Lerik, Masallı rayonlarının mədəniyyət və turizm şöbələri, mehmanxana və mehmanxana tipli obyektlərin nümayəndələri iştirak edib.
Sərgidə hər rayonun turizm potensialını əks etdirən stend quraşdırılıb. Ziyarətçilərə cənub bölgəsinin zəngin adət-ənənələri, mətbəxi, folkloru və füsunkar təbiəti haqqında geniş məlumatlar verilib. Sərgiyə yerli sakinlər və yaxın rayonların ictimaiyyət nümayəndələrinin böyük marağı müşahidə olunub.

Fəxriyyə