Noyabrın 27-də «Four Seasons» hotelində Sloveniyanın Raqaşka kurort mərkəzinin turizm imkanlarının təqdimatı keçiriləcək. «Millennium Tourism & Congress DMC»nin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Azərbaycanda fəaliyyət göstərən aparıcı turizm şirkətlərinin nümayəndələri iştirak edəcək. Raqaşka kurort mərkəzi Sloveniyanın şərqində, yaşıl dağlarla əhatə olunmuş bölgədə, Adriatik dənizinin sahillərində yerləşir.