Azərbaycan

 

24 aprel 1866 – Yazıçı-publisist, maarif xadimi Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə (1866–1942) Şamaxıda doğulub. Teatr xadimləri haqqında xatirələr yazıb, rus yazıçılarından tərcümələr edib.

24 aprel 1902 – SSRİ Xalq artisti İsmayıl Osman oğlu Osmanlı (1902 – 22.6.1978) Şəkidə anadan olub. Akademik Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Mən ki gözəl deyildim”, “Nəsimi”, “Yeddi oğul istərəm” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

24 aprel 1941 – Əməkdar artist Rafiq Mirzəcan oğlu Hüseynov (1941–2018) Hacıqabul rayonunda doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, filmlərdə çəkilib.

24 aprel 1945 – Əməkdar artist Elxan Məmməd oğlu Qasımov (1945 – 29.5.2023) Naxçıvan şəhərində anadan olub. “Əhməd haradadır?”, “Axırıncı aşırım” və s. filmlərdə çəkilib. “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib.

24 aprel 2011 – Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə; 11.11.1921 – 2011) vəfat edib. 1940-cı illərdə Cənubi Azərbaycanda milli hərəkatda iştirak edib, Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub.

 

25 aprel 1905 – Ədəbiyyatşünas, şair, tərcüməçi Mikayıl Həsən oğlu Rəfili (1905 – 25.4.1958) Goranboy rayonunun Borsunlu kəndində doğulub. Rus ədəbiyyatından  tərcümələr edib. “Səbuhi” filminin (1941) ssenari müəllifidir.

25 aprel 1911 – Əməkdar artist, müğənni Elmira Ağa qızı Axundova (1911 – 26.11.1998) Bakıda anadan olub. Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb.  

25 aprel 1914 – Xalq artisti Məhəmməd İsmayıl oğlu Burcəliyev (1914 – 25.11.1994) Şəkidə doğulub. 1935-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, teatrda direktor (1950–52) işləyib, tamaşalara quruluş verib. “Dəli Kür”, “Gözlə məni”, “Qəm pəncərəsi” və s. filmlərdə çəkilib.

25 aprel 1942 – Əməkdar mədəniyyət işçisi Şirin Həsən oğlu Rzayev (1942 – 14.4.2020) Gəncədə doğulub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru olub.

 

26 aprel 1908 – Görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 – 28.9.1978) Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” romanları, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasının müəllifidir. BDU-nun professoru olub.

26 aprel 1947 – Kinorejissor, Əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadə (1947 – 7.12.2006) Bakıda anadan olub. Filmləri: “Qaladan tapılan mücrü”, “Avqust gələndə”, “Ötən ilin son gecəsi”, “Qətl günü” və s.

26 aprel 1972 – Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (2014-cü ildən Azərbaycan Xalça Muzeyi) ilk ekspozisiyası İçərişəhərdəki Cümə məscidinin binasında açılıb.

26 aprel 2021 – Əməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (8.10.1951 – 2021) vəfat edib.

 

Dünya

 

24 aprel 1845 – İsveçrə yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1919) Karl Fridrix Şpitteler (Carl Friedrich Georg Spitteler; 1845–1924) anadan olub.  Əsərləri: “Olimpiya baharı” (epik poema), “Prometey və Epimetey”.

 

25 aprel 1928 – SSRİ Xalq artisti Yuri Vasilyeviç Yakovlev (1928 – 30.11.2013) anadan olub. Filmləri: “İdiot”, “Qusar balladası”, “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

 

26 aprel 1798 – Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix; 1798–1863) anadan olub. “Barrikadada azadlıq”, “Xiosda qətliam” və s. tarixi tabloların müəllifidir.

26 aprel 1886 – Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886–1913) anadan olub.

Hazırladı: V.Orxan