Tokio Universitetinin arxeoloqları Vezuvi dağının şimal tərəfində Roma imperatoru Qay Yuli Sezar Avqusta (Qay Oktavian) məxsus villa aşkar ediblər.
Romada imperatorluğun qurucusu hesab edilən Avqust eramızdan əvvəl 27-ci ildən eramızın 14-cü ilinə – vəfatına qədər hökmranlıq edib.
Neapol şəhərinin daxilindəki Somma Vesuviana qəsəbəsində qazıntılar zamanı tapılan villanın bir hissəsi hələ ötən əsrin 30-cu illərində tapılmışdı. Bununla belə, Avqustun villası 2002-ci ildən bəri xüsusilə arxeoloji tədqiqatların mərkəzinə çevrilib.
Aşkar edilən binanın Avqustun hökmranlığından sonra inşa edildiyi güman edilsə də, son araşdırmalar zamanı imperatorun hökmranlığı dövrünə aid daha qədim tikilinin qalıqları tapılıb. Arxeoloqlar radiokarbon üsulundan istifadə ediblər və həmin binanın eramızın 79-cu ilində Vezuvidə vulkan püskürməsindən əvvəl mövcud olduğunu bildiriblər.
Qazıntılar zamanı vulkan materialı arasında Vezuvinin şimal tərəfi ilə aşağıya doğru hərəkət edən dağılmış divar və dam kirəmitlərinin parçaları aşkar edilib.
Qədim Roma tarixçiləri Tasitus və Suetoniusun əsərlərində Avqustun ölümünün Vezuvi dağının şimal tərəfində yerləşən məkanda baş verdiyini, bu villanın aşkar edildiyini və daha sonra onun imperatorun xatirəsinə məbəd kimi təqdis edildiyini təsvir edən sübutlar var.