Qəbələ-Şəki-Qax marşrutu üzrə infotur

Dekabrın 14-15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «A la Carte Travel» və «Gilan turizm» şirkətlərinin təşkilatçılığı ilə Qəbələ-Şəki-Qax marşrutu üzrə infotur keçiriləcək. «Qədim Qafqaz Albaniyasının tarixi izləri» adlı mədəni turizm marşrutu üzrə reallaşacaq turda kütləvi informasiya vasitələri və turizm şirkətləri nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, səfərin birinci günü infotur iştirakçıları Qəbələ Tarix-Diyarşünaslıq Muzeyini, Nic kəndində yerləşən «Çotari» alban kilsəsini ziyarət etmək imkanı qazanacaq, eyni zamanda «Qafqaz» hotellər şəbəkəsi və «Qədim alban irsi» adlı turizm marşrutu haqqında geniş məlumat ala biləcəklər.
Səfərin ikinci günü isə Şəkinin Kiş kəndindəki qədim alban məbədi ziyarət ediləcək.

Fəxriyyə