Mayın 2-də Heydər Əliyev Sarayında VI Dialoq Forumu iştirakçıları üçün “Əbədi məşəl” adlı konsert proqramı təqdim edilib.

Azərbaycan milli və klassik musiqisinin nümunələrindən tərtib edilən proqramda əvvəlcə Qara Qarayevin “Yeddi gözəl” baletindən parçalar nümayiş olunub. Sonra Əməkdar artist Fərqanə Qasımova bəstəkar Vüqar Camalzadənin Məhəmməd Füzulinin qəzəlinə yazdığı “Eşitməzdim” əsərini ifa edib.

Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Abbasovanın ifasında muğam və vokal parçaları səslənib. Tarın müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb. Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” simfonik muğamından fraqment, “1001 gecə” baletindən parça, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından qızların rəqsi, Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Firəngiz Əlizadənin “İntizar” operasından final səhnəsi təqdim olunub.

Lalə