M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib.

Mayın 10-da təşkil olunan konsertdə dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Q.Qarayevin “3 nömrəli simfoniya” və “İldırımlı yollarla” baletindən 2 nömrəli süitası ifa olunub.

Təqdim edilən musiqi nömrələri Azərbaycan mədəniyyətinin himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi kimi səslənib.