Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilib. AYB-dən verilən məlumata görə, bu barədə qərar Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin dördüncü konfransında qəbul olunub.
   Mükafat ötən il təsis edilib. Mükafata Anarın namizədliyini Türkiyə tərəfi irəli sürüb. Qaydalara əsasən konfransda iştirak edən ölkə öz təmsilçisinin namizədliyini irəli sürə bilməz. Mükafat Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin gələn il Astanada keçiriləcək beşinci konfransında yazıçıya təqdim olunacaq.
   Qeyd edək ki, oktyabrın 11-14-də keçirilən konfransda türk cümhuriyyətlərində və toplumlarında ədəbiyyat dərgilərinin durumu, yaradıcılıq münasibətləri və imkanları müzakirə edilib. Konfransda Azərbaycanı “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktorları Elçin Hüseynbəyli və İntiqam Qasımzadə təmsil ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar