F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı solo konserti keçirilib.

Musiqili gecənin tamaşaçıları arasında dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri olub.

Sənətçi Emin Sabitoğlunun “Şükriyyə”, “Gəncədən gəlirəm”, Tofiq Quliyevin “Bəxtəvər oldum”, “Azərbaycan”, Rauf Hacıyevin “Leyla”, Siyavuş Kəriminin “Ömrümün istəyi”, “Sənsizləmişəm”, Sevil Əliyevanın “Əziz anam” və s. mahnıları ifa edib.

Xalq artisti məlahətli ifası ilə tamaşaçıların könlünü oxşayıb.

Nurəddin