Azərbaycanın Xalq artisti, “Bolşoy Teatr”ın solisti Elçin Əzizov mayın 27-də Moskvadakı “Qelikon-Opera” teatrında yenidən konsert-stendap ilə tamaşaçıların qarşısına çıxıb.
Müğənni yumora olan sevgisini opera sənəti ilə birləşdirdiyi “Kəpənəksiz opera” adlı proqramla ilk dəfə fevralın 10-da çıxış etmişdi. Tamaşaçılardan gələn çoxsaylı xahişləri nəzərə alan Elçin Əzizov layihəni təkrarlayıb.
Tamaşaçılar Elçin Əzizovun repertuarından məşhur ariyalara qulaq asıblar. Müğənni, həmçinin böyük pedaqoqlar və rejissorlarla birgə fəaliyyətindən bəhs edib, şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı hadisələri auditoriya ilə bölüşüb.
Konsertdə müğənnini Konstantin Çudovskinin rəhbərliyi ilə Dövlət Kreml Orkestri müşayiət edib.