1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tanınmış uşaq yazıçısı Vüqar Haqverdiyevin "Qarınqulu ayı balası" pyesi əsasında hazırlanmış eyniadlı birhissəli tamaşasının premyerası olub.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı NMR-in Əməkdar rəssamı Rafael Qədimov, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Uşaqlara mərhəmət, sevgi və dürüstlük aşılayan ibrətamiz səhnə əsərində Ulduz Süleymanova, Süleyman Süleymanov, İlqar Babayev, İlham Babayev, Əfqanə Ələsgərova, Sənan Abutalıbov və İbad Nəbiyev rol alırlar.