Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaq-gənclər xalq çalğı alətləri orkestrinin 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə konserti təqdim olunub.
İyunun 1-də bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə gerçəkləşən konsert proqramı eyni zamanda orkestrin yaradılmasının 15 illiyinə həsr olunub.
Musiqi axşamında orkestrin respublika və beynəlxalq müsabiqələr laureatları olan solistləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestri 2009-cu ildə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Orkestrdə paytaxtda fəaliyyət göstərən musiqi məktəblərindən seçilmiş ən şagirdlər ifa edir. Onların sırasında Prezident təqaüdçüləri, respublika və beynəlxalq müsabiqələrin qalibi olan şagirdlər yer alır.