Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş “Güllərin söhbəti” adlı tədbir-konsert keçirilib.
Bayram tədbirində müxtəlif videoçarxlar, “Həyat” rəqs qrupunun üzvü Fatimə İbrahimovanın ifasında “Ağ çiçəyim” rəqsi, Selcan Abdullazadə və Nərmin Süleymanova ifalarında “İki gözəl gülün – Xarıbülbül və Qızılgülün söhbəti” adlı kompozisiya və digər iştirakçılar tərəfindən “Lalələr” və “Xarıbülbül” rəqsləri ifa edilib, şeirlər səsləndirilib.
Sonda muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Uni Kids Club”un üzvüləri tərəfindən çəkilən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.