L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin ənənəvi hesabat konserti mayın 31-də Beynəlxalq Muğam Mərkəzində keçirilib.
Əvvəlcə məktəbin direktoru Məmməd Quliyev çıxış edərək deyib ki, bu ilin ilk hesabat konserti Bakı Musiqi Akademiyasında təşkil olunub. Konsertlərdə məktəbin ən istedadlı şagirdləri çıxış edirlər. Onların sırasında beynəlxalq və respublika müsabiqələri laureatları var. Bu cür konsertlərin təşkili gənclər üçün təcrübə məktəbidir.
Sonra şagirdlər səhnəyə çıxıblar. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Fortepiano, violin, fleyta, qarmon, arfa, tar, kamança, qanun, nağara alətləri üzrə təhsil alan şagirdlərin rəngarəng çıxışları alqışlarla qarşılanıb.
Konsert məktəbin xalq çalğı alətləri ansamblının ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi və “Heyratı” kompozisiyası ilə yekunlaşıb.