Xanım İsmayılqızının yaradıcılıq gecəsi

 

İyunun 4-də Heydər Əliyev Sarayında tanınmış şair, bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım fəsli” adlı yaradıcılıq gecəsi keçirilib.

Konsertdə Xalq artistləri Mələkxanım Eyyubova, Röya Ayxan, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Lalə Məmmədova, Rəşad İlyasov, Mətanət İsgəndərli, Fərqanə Qasımova, Abbas Bağırov, müğənnilər Çinarə Məlikzadə, Dilarə Kazımova, Elnur Hüseynov və başqaları Xanım İsmayılqızının populyar bəstələrini ifa ediblər.

Müğənniləri Nərgiz Əliyevanın rəhbərlik etdiyi “Royal Strinq” orkestri (dirijor Mustafa Aşurov) müşayiət edib.

Yaradıcılıq gecəsinin rejissoru Nail Naiboğlu, aparıcısı Leyla Quliyeva olub.

Xanım İsmayılqızının şeirlərini aktyorlar Kamran Ağabalayev, Kamal Yaşar və aparıcı Leyla Quliyeva səsləndiriblər.