Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində şəhərin simvolu sayılan Eyfel qülləsinin ziyarət haqqı artırılır.

Fransa mediasının məlumatına görə, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.

Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14,20 avroya qaldırılır. Bildirir ki, qiymət artımında məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.

Eyfel qülləsi dünyanın ən çox turist cəlb edən tikililəri sırasında yer alır. Ötən il qülləni 6,3 milyondan çox turist ziyarət edib.