Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, görkəmli bəstəkar Ramiz Mirişlinin (1934–2015) anadan olmasının 90 illiyi münasibətilə konsert proqramı təqdim edilib.

Tədbirdə çıxış edən Xalq artisti, bəstəkar Sərdar Fərəcov sənətkarın həyat və yaradıcılığı haqqında danışıb.

Konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti və solistlərdən Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Simarə İmanova, Əməkdar artistlər Almaz Orucova, Nuriyyə Hüseynova, Bəyimxanım Vəliyeva, Anar Şuşalı və Taleh Yəhyayev, eləcə də Ramazan Şərifzadə, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Vəfa Vəzirova, Zabitə Alıyeva, Sərxan Bünyadzadə çıxış ediblər.

Proqramda Ramiz Mirişlinin sevilən mahnıları səslənib.