Builki turizm mövsümündə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən Türkiyənin Antalya bölgəsinə birbaşa aviareysin açılması planlaşdırılır. Bu barədə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) bilet satışı üzrə eksklüziv agenti sayılan «SW Travel» şirkətinin direktoru Şirzad Əfəndiyev məlumat verib.
Onun sözlərinə görə, uçuşlar AZAL-a məxsus təyyarələrlə yay aylarında həyata keçiriləcək. Gəncə-Antalya aviareysinin təşkil olunmasında əsas məqsəd Azərbaycanın bölgələrində yaşayan və Antalyada dincəlmək istəyən turistlərə daha əlverişli şərait yaratmaqdır.

Fəxriyyə