Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Bizim karaoke” layihəsinin və ictimai birliyin rəsmi internet portalı  təqdimatı olub.  

9 kateqoriya üzrə 90 mahnı aranjimançı, montajçı və redaktordan ibarət komanda tərəfindən hazırlanaraq “Bizim karaoke” adı altında İB-nin rəsmi yutub kanalına yüklənib.

Xalq mahnıları ilə yanaşı, Tofiq Quliyev, Rauf Hacıyev, Səid Rüstəmov, Elza İbrahimova, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa görkəmi bəstəkarların nəğmələri mahnıları yer aldığı layihə təqdim edildiyi ilk gündən musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb.

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin rəsmi saytı (medeniyyetkonulluleri.az) da istifadəyə verilib. Mədəniyyət könüllüsü olmaq istəyənlər üçün saytda müvafiq bölmə yaradılıb. Saytda həmçinin İB haqqında məlumat ,mədəniyyət sahəsində baş verən yeniliklər, könüllülərin qatıldıqları tədbirlər, müxtəlif səpkili layihələr haqqında informasiyalar və elanlar verilir.