Yaponiyanın qida və içki məhsulları istehsalçıları arasında populyarlığı ilə seçilən “wi-not?” jurnalında Azərbaycan şərabları haqqında “Nəhayət, Azərbaycan şərabı Yaponiyada peyda oldu” adlı məqalə dərc edilib.
Məqalədə Yaponiyanın “Orient Stars” şirkətinin meneceri Maiko Haşiquçi Azərbaycanın Şəmkir rayonunda “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən istehsal edilən şərabların Yaponiyaya idxalının başlanması barədə məlumat verir. Qeyd olunur ki, zavodda emal edilən şərablar yalnız yerli sortlardan deyil, eyni zamanda Fransa, İtaliya və Gürcüstandan gətirilərək burada yetişdirilən üzüm növlərindən də alınır. Məqalədə “Şərq ulduzu” MMC tərəfindən istehsal edilərək Yaponiyaya gətirilmiş şərabların çeşidləri, satış nöqtələri barədə də oxuculara ətraflı məlumat verilir.

Fəxriyyə Abdullayeva